Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

Polis idarəsinə bomba atıldı

Türkiyənin Diyarbəkir vilayətində polis idarəsinə kustar yolla hazırlanmış bomba atılıb.

Diyarbəkir vilayəti Bağlar rayonunda yerləşən polis idarəsinə naməlum şəxs və ya şəxslər tərəfindən hücum təşkil edilib. Üzü bağlı olan hücumçuların idarəyə bomba atmasından sonra ətrafda böyük səs-küy yaranıb.

Ərazidə olan sakinlər arasında panika yaşanıb. Lakin xoşbəxtlikdən partlayışda ölən və yaralanan olmayıb.

Polis qruplar şəklində küçələrdə axtarışlar başladıblar. Hələ ki, cinayətkarlardan heç bir iz tapılmayıb.

Qeyd edək ki, Bağlar rayonunda yerləşən Diyarbəkir Polis İdarəsi binası şəhərin ən yaxşı qorunan binaları arasında yer alır.

CİHAN
1171 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16