Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

UEFA: Azərbaycana qarşı qapıçısız da oynamaq olar

Azərbaycan millisinin zəif cəhəti müəyyənləşib. Avro-2016-nın seçmə mərhələsində ardıcıl 4 məğlubiyyət alan komandamız qapıya dəqiq zərbə endirməyi bacarmır.

Belə ki, ilk 4 turdan sonra yarışın statistik göstəricilərini açıqlayan UEFA yığmamızın bu göstəricidə qitənin ən zəifi olduğunu ortaya qoyub. Məsələ ondadır ki, komandamız keçirdiyi 4 oyunun 360 dəqiqəsi ərzində “çərçivə”yə cəmisi 3 dəfə düşüb.

Bu isə seçmə mərhələnin 53 iştirakçısı arasında sonuncu olan komandamızın orta hesabla hər 2 saatdan bir qapıçını narahat etməsi deməkdir. Həmin 3 zərbədən ikisi Bolqarıstan, biri İtaliya ilə matça təsadüf edib. Son iki görüşdə isə Xorvatiya və Norveç milliləri meydana qapıçısız da çıxsaydı, qol buraxmazdı.

Müqayisə üçün qeyd edək ki, sonuncular sırasında olan Andorra, San-Marino, Lixtenşteyn və Albaniya hərəyə 4 zərbəsi var. Lakin sonuncular 2 matçda bu qədər zərbə vurub.

Bu göstəricidə liderlər İsveçrə (36), Almaniya (35) və Polşadı (32). Ayrı-ayrı oyunçulardan Ueyn Runi 13, Qaret Beyl isə 11 dəfə çərçivəyə düşə bilib.
1382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26