Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

PA qarşısında aksiya olacaq

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri uşaqları ilə birlikdə noyabrın 20-i saat 11:00-da Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəklər. Aksiyaya əlilliyi olan digər şəxslər də dəstək verəcəklər.

Bu barədə "Bizim Yol"a məlumatı Qarabağ Əlilləri və Veteranlar Nəsimi rayon Şöbəsinin sədri Əhməd Rəhmanov bildirdi.

"Əlil uşaqların müavinətlərinin artırılması ilə bağlı Prezident Administrasiyasına təqdim etdiyimiz müraciətə hələ də cavab verilməyib. Cəmiyyətin ən müdafiəsiz təbəqəsi olan uşaqların taleyinə biganə qalmayaq. Bu məsələ ilə bağlı həmrəylik nümayiş etdirək. Biz əlil uşaqların hüquqlarının müdafiəsi naminə keçirilən aksiyaya vətəndaş cəmiyyəti olaraq dəstək verəcəyik",-deyə Ə.Rəhmanov bildirdi.
O bildirdi ki, 20 noyabr-Ümumdünya Uşaq Hüquqları günüdür. Azərbaycanda 60 mindən artıq uşağın sağlamlıq imkanları məhduddur. Bu uşaqlardan cəmi 5000-ə yaxını (onlardan 2000-i xüsusi dövlət müəssisələrindədir) təhsil almaq imkanına malikdir.
1095 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59