Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

Gürcüstanın baş naziri Putinlə dialoqa başlamaq istəyir

“Biz Rusiya ilə birbaşa dialoqa başlaya bilərik və bu prosesi davam etdirməyə hazırıq”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, rəsmi Moskva ilə danışıqlar Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində aparılmalıdır.

Baş nazir ona da diqqət yönəldib ki, Gürcüstan Rusiya ilə ticarət münasibətlərində əhəmiyyətli irəliləyişə nail ola bilib. “Amma siyasi münasibətlərdə irəliləyiş yoxdur. Lakin hadisələrin inkişafını gözləmək lazımdır”,-deyə İrakli Qaribaşvili söyləyib.
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber