Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

“Sevil”in aldatdığı vətəndaşlar yenidən aksiya keçirəcək

“Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinin aldatdığı vətəndaşlar bu gün Prezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəklər.

Onlar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də aldadıldıqlarını bildirirlər.

Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti mülk sahiblərinin pullarının notarial qaydada qaytarılması üçün komissiya yaradıb. Aldadılan payçılar isə komissiyanın işindən narazı qaldıqlarını, süründürməçiliklə üzləşdiklərini bildirirlər.

Dünən sözügedən komissiyanın üzvü, icra hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucov zərərçəkmişləri Hökməli Bələdiyyəsində qəbul etməli idi. Bələdiyyənin binasının qarşısına toplaşan payçılara bu qurumdan deyilib ki, F.Orucov yas mərasimində olduğu üçün bələdiyyəyə gəlməyəcək.

Qeyd edək ki, “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərlərinə cinayət işi açılandan sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola bilirlər, nə də ödədikləri vəsaiti geri ala bilirlər./bizimyol/
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07