Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

Azərbaycanda qanunsuzluq baş alıb gedir

Göyçayda qanlı olay: müştəri yeməkxanada öldürüldü

Hadisə rayonun Qarabaqqal kəndində, Göyçay şəhər sakini, 1983-cü il təvəllüdlü Quliyev Ceyhun Atamoğlan oğluna məxsus yeməkxanada qeydə alınıb.

C. Quliyevlə müştərisi, Qarabaqqal kənd sakini, 1968-ci il təvəllüdlü Əkbərov Mətləb Azər oğlu arasında şəxsi münasibətlər zəminində dava düşüb.

C. Quliyev kafenin mətbəxindən götürdüyü bıçaqla M. Əkbərova ağır xəsarətlər yetirib.

M. Əkbərov aldığı xəsarətlərdən Göyçay Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Qətli törədən C. Quliyev könüllü olaraq Göyçay Rayon Polis Şöbəsinə gedərək təslim olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır./apa/
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...