Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

Rusiyada artıq silah gəzdirmək azaddır

Rusiya hökuməti özünümüdafiə üçün silah daşınmasına izn verib.

Bundan əvvəl icazəsi olan insanlar silahı ancaq ov zamanı, idman tədbirlərində, məşq və təlim atışlarında istifadə edə bilərdilər. İndi isə bütün bu punktlara «özünümüdafiə məqsədilə» bəndi əlavə edilib.

Elə bu qanuna əsasən, mülki vətəndaşlar üçün özünümüdafiə silahlarına yivsiz uzunlüləli tüfəng, travmatik, qaz və səs patronlu silahlar, qaz tapançaları, revolverlər, elektrşok qurğuları daxildir.

Silah qanununa əsasən mitinqlər, küçə yürüşləri, nümayişlər, piketlər və digər kütləvi ictimai tədbirlər zamanı, həmçinin içkili halda və təhsil müəssisələrinin yaxınlığında silah gəzdirmək qanunla olmaz. Bundan əlavə, vətəndaşlara özünümüdafiə üçün odlu uzunlüləli tüfəng və soyuq silah gəzdirmək qadağandır./FaktXəbər/
1095 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu