Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

Türkiyə suriyalı qaçqınların gəlişindən narahatdır

Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xəbərdarlıq edib: Suriya ordusunun və ya İŞİD terrorçularının Hələbə doğru irəliləməsi nətəcəsində Türkiyəyə daha 2-3 milyon nəfər qaçqının gələcəyi ehtimalı var.
Ankarada mətbuat konfransında çıxış edən Çavuşoğlu bildirib: Hazırda Bəşər Əsəd rejimi boş qalmış yeri koalisiya qüvvələrilə doldurur.
O iddia etdi: İŞİD-lə Suriya rejimi arasında çox da fərq yoxdur. Onların hər ikisi dinc sakinləri öldürürlər. Onlar ixtiyarlarında olan heç bir silahdan istifadə etməkdən çəkinmirlər.
Hələb şəhəri daxili müharibədən öncə Suriyanın ən çox əhalisi olan şəhəri sayılırdı. Həm terrorçu qüvvələr həm də dövlət qüvvələri Hələbin bəzi hissələrinə nəzarət edirlər. Lakin İŞİD qüvvələri Hələbin şimalını özünə rəqib ifratçı qüvvələrdən təmizləmişdir.
Çavuşoğlu deyib: Suriyadakı təşvişə düşmüş dinc əhali Suriya ordusu və İŞİD yaraqlılarının nəzarətində olan ərazilərdən qaçırlar. Rejim ya İŞİD qüvvələrinin irəliləməsi nəticəsində 2-3 milyon arası qaçqının Türkiyə sərhədlərini keçəcəkləri barədə ehtimal var.
BMT-nin rəsmi statistikasına əsasən, Suriyada davam edən daxili müharibədə indiyə qədər 200 mindən çox insan ölmüş və 3 milyondan çox insan ölkəni tərk etməyə məcbur olmuşdur.
Qeyd etmək lazımdır ki, Türkiyə dövləti Suriya böhranı başlayan 2011-ci ildən indiyə qədər Suriyada fəaliyyət göstərən terrorçuları birbaşa və ya dolayısı ilə dəstəkləmişdir.
1088 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33