Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

Ayətullah Nimir: Ali-Səud hər bir halda uduzub

nNur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Səudiyyə Ərəbistanından verilən məlumatlara əsasən, məşhur şiə ruhani Ayətullah Şeyx Nimir Baqir Nimir qeyri-qanuni olaraq 3 ildir ki, Ali-Səud rejimi tərəfindən həbsxanalara salınıb. O son bəyənatında deyib: Ali-Səud hər bir halda uduzmuşdur.
Ayətullah Nimirə yaxın şəxslərdən biri bildirib: Bir neçə gün öncə Ayətullah Nimirin qohumları ilə birgə onun görüşündə oldum. Ali-Səud onunla görüşü tamamilə qadağan etdiyi üçün bu vaxta qədər onun həbsi üçün verilən bəyanatlar, keçirilən etiraz aksiyaları barədə məlumatlı olmayıb.
Biz onun azad edilməsi üçün atılan addımları xülasə olaraq ona izah etdikdə, gülümsədi və dedi: Ali-Səud hər bir halda uduzub. Çünki məni həbs etdiyi zaman özünü baş ağrısına saldı. İndi isə nə edəcəyini bilmir.
Ayətullah Nimir əlavə edib: Əgər məni azad etsələr, dünya biləcək ki, Ali-Səud təzyiqlər qarşısında əyildi. Əgər məni azad etməsələr, yenə də təzyiq altında qalacaqlar. Əgər məni edam etsələr, dünya onların əleyhinə qiyam edəcək. Əgər məni edam etməsə, məni azad etmək üçün bir çıxış yolu tapmayacaq. Buna görə də hər bir halda uduzmuşlar.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50