Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

20 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa düşəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 20-də hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, bəzi şimal və şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber