Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

Rusiya Qafqaza 30 döyüş təyyarəsi və helikopter yerləşdirir

Rusiya cari ilin sonuna qədər Şimali Qafqaz regionunu əhatə edən Cənub Hərbi Dairəsinə 30 yeni döyüş təyyarəsi və helikopter yerləşdirəcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi təyyarə və helikopterlər Rostov yaxınlığına yerləşdiriləcək. Onların arasında Su-30M2, Su-27SM3, Su-25SM, həmçinin "4+" nəsil döyüş təyyarəsi olan Su-34 qırıcıları, Mi-35M zərbə helikopterləri də yer alacaq.

Bölgəyə gətiriləcək yeni Su-27 təyyarələri modernləşmə nəticəsində öz sələflərindən prinsipial olaraq fərqlənir. Döyüş təyyarələrinin uçuş uzaqlığı artırılıb, onlarda müasir naviqasiya avadanlığı qurulub.

Qeyd edək ki, 2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya Cənub Hərbi Dairəsinin silahlanmasına xüsusi diqqət ayırır. Təkcə ötən il dairənin silahlanmasına 50-dən çox aviasiya texnikası daxil edilib.
1611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28