Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

ABŞ-da güclü qar nəticəsində 8 nəfər öldü

ABŞ-ın şimal-şərq hissəsində bir neçə gün davam edən güclü qar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl Nyu-York ştatında 6 nəfərin öldüyü bildirilirdi.

Yeni məlumatlara görə, Nyu-Hempşir və Miçiqan ştatlarında daha iki nəfər təbii fəlakətin qurbanı olub. Qeyri-sabit hava şəraiti səbəbindən Buffalo şəhərində təyyarə reyslərinin 40%-i təxirə salınıb. Bir çox yaşayış məntəqələrində nəqliyyatın hərəkəti çətinləşib.

Bununla belə, yağıntılı havanın davam edəcəyi qeyd edilir. Sinoptiklərin proqnozlarına əsasən, növbəti gün ərzində daha 90 sm qar yağa bilər. Bir sıra ərazilərdə isə qarın qalınlığının 1,8 metrə çatacağı ehtimal olunur. Yaranmış vəziyyətlə əlaqədar Nyu-York ştatının qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib./apa/
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55
Kim Çen İn: