Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Məhəmməd Mursiyə ölüm hökmü istənildi

Misirin baş prokurorluğu, sabiq prezident Məhəmməd Mursi və “Müsəlman qardaşlar” təşkilatının 35 nəfər üzvünə ölüm hökmü çıxarılmasını tələb edib.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, müvafiq sənəd noyabrın 19-da ittihamçı qismində çıxış edən prokuror İmad əş-Şəravi tərəfindən məhkəmə kollegiyasına göndərilib.

Xatırladaq ki, Mursi və tərəfdarları barədə məhkəmə prosesi 2013-cü ilin fevralında başlayıb. M.Mursi və “Müsəlman qardaşları”nın digər liderləri Misirdə terror aktlarının törədilməsi məqsədilə xarici təşkilatlarla əməkdaşlıq etməkdə və terroru maliyyələşdirməkdə ittiham edilirlər.

Bundan əlavə, onlar ölkənin hərbi sirlərini başqa dövlətlərə ötürməkdə, dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün sarsıdılmasına yönəldilmiş fəaliyyət göstərməkdə təqsirləndirilirlər.
1103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat