Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı ailə saxlanıldı

Türkiyə-Suriya sərhədində İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı ailə saxlanıldı

“İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.

Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı bir ailənin üzvləri olduqları ortaya çıxıb.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər. Hazırda onların Azərbaycana göndərilmələri istiqamətində iş aparılır.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da saxlanılanların azərbaycanlı bir ailənin üzvləri olduğunu BBC-nin Azərbaycan xidmətinə təsdiqləyib.

H. Zeynalov deyib ki, Türkiyə polisi konsulluğu bu barədə məlumatlandırıb, lakin saxlanılanların sənədlərilə bağlı problem olmadığı üçün bu işlə konsulluq məşğul olmur.

Baş konsul deyib ki, saxlanılan şəxslərlə bağlı gələcək tədbirlər Azərbaycandakı araşdırmalardan sonra bəlli olacaq./apa/
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı