Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Samuxda dost dostu bıçaqladı

Dünən gecə saatlarında Samux rayon sakini dostu tərəfindən bıçaqlanıb.

Hadisə rayonun Alabaşlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 33 yaşlı İsgəndərov Eldəniz Məsdan oğlu dostu ilə şəxsi münasibətlər zəminində baş verən dava zamanı bıçaqlanıb.

Hadisədən dərhal sonra zərərçəkən sol bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber