Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Maradona Azərbaycan millisindən imtina etdi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna axtarışlar davam edir.

AFFA nümayəndələri bir neçə məşqçiylə ilkin görüşlər keçirib və şərtlərini açıqlayıb. Namizədlərlə növbəti görüşlər gələn həftəyə planlaşdırılır. Artıq çoxlu sayda namizədin olduğu siyahıda diqqət konkret olaraq 3 məşqçiyə yönəlib. İndi əcnəbilərdən millimizdə işləyəcəkləri təqdirdə Azərbaycanda yaşaya biləcəkləriylə bağlı müsbət cavab gözlənilir. Bu halda onlarda yekun mərhələ – maliyyə məsələsinin danışqları başlanılacaq.

Bildirilir ki, Avropada yaşayan menecerlərdən biri AFFA-ya argentinalı ulduz Dieqo Maradonanın namizədliyini təklif edib. Amma Maradonanın şəxsi meneceri Azərbaycandan gələn təklifi müzakirə etmədən rədd edib.
1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber