Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Salyan Ruhi-Əsəb Dispanserinin həyətindən nəşə kolları tapıldı

Baş həkim məsələdən xəbərsiz olduğunu deyib, polissə məsələni araşdırmadan bağlayıb

Salyan rayonunda bu dəfə olduqca maraqlı bir olay baş verib. Bir ay öncə Salyanda yerləşən Rayonlararası Rusi-Əsəb Xəstələri Dispanserinin həyətindən xeyli sayda narkotik tərkibli bitki kolları aşkarlanıb.

Məlumatda deyilir ki, dispanserin həyətindən aşkarlanan marixuana kollarını polis tərəfindən məhv edilib. Lakin bu kolların kim tərəfindən əkildiyi, onların dispanserin həyətində necə peyda olunduğu araşdırılmayıb. Və Salyan Rayon Polis Şöbəsində bununla bağlı heç bir cinayət işinin açılmadığı da deyilir.

Salyan Rayonlararası Ruhi-Əsəb Dispanserinin baş həkimi Yaşar Kərimov polisdə ifadə verərək, marixuana kollarının xəstəxananın həyətinə düşdüyündən xəbərsiz olmadığını deməklə kifayətlənib.

Məsələni dəqiqləşdirmək üçün baş həkimlə əlaqə saxlamağa çalışdıq. Lakin telefonlarımıza cavab verən olmadı./jam.az/
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41