Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Xurma saç tökülməsinin qarşısını alır

Zəngin vitamin və mineral tərkibi olan xurmanın stressə bağlı saç tökülməsinə mane olduğunu bilirdinizmi?

İnsan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət daşıyan, özündə 10-dan çox vitamin və mineral ehtiva edən xurmanın faydalarını bilirsinizmi?

Vitaminlər və zəngin mineral tərkibi ilə bədən müqavimətinə kömək edən xurma doğuşu asanlaşdırması və ana südünü artırması ilə yanaşı, qadında hamiləlik sonrası görülən saç tökülməsi probleminə də çarə olur.

Hər keçən gün daha çox faydası kəşf edilən xurmanın tərkibindəki zəngin maddələr bir çox sağlamlıq probleminin həlli ola bilir. Ürək-damar və mədə sağlamlığını qoruyucu, antioksidant xüsusiyyətə malik olan xurma xüsusilə tərkibindəki vitaminlər, minerallar və turşular sayəsində qadınlar üçün vacib qida hesab olunur.

Xurmanın xüsusilə hamilə və uşaq dünyaya gətirən qadınlar üçün əhəmiyyəti və faydaları bu gün elmi cəhətdən də təsdiqlənib. Xurma ananın zəifləyən bədəninə enerji qazandırmaq, doğuşu asanlaşdırmaq kimi təsirləri ilə yanaşı, həmçinin xurmanın hamiləlik sonrası görülən və stressə bağlı saç tökülməsinə də mane olduğu deyilir.

Hamiləlik zamanı hormonların təsiri ilə güclənib canlanan saçlar doğuşdan sonra qəfil dəyişən hormon tarazlığı və stressdən dolayı sürətlə zəifləyərək tökülür. Yüksək dəmir və mineral tərkibi baxımından hamiləlikdə ən əlverişli qida olan xurma tərkibindəki amin turşuları ilə də saç əmələ gəlməsini dəstəkləyir. Xurmadakı prosiyanidinlərin isə saçın uzunmasında rolu olduğu bildirilir. Bu səbəbdən qadınlara doğuş öncəsi və sonrası xüsusilə təzə xurma yemək tövsiyə edilir.

Xurmanın həm də A vitamini, B1 (tiamin) B2 (riboflavin), biotin, fol turşusu və askorbin turşusu kimi vitaminlər zəngindir. Onun tərkibindəki bitki mənşəli sterollar, amin turşuları, minerallar saç möhkəmliyinin və qalınlığının artmasına dəstək olur.
1343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı