Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Siqaret qadağası bu gündən qüvvəyə mindi

Bu gündən Moskvada “Anti tütün” qanunvericiliyinin qüvvəyə minməsi ilə iş yerləri, təhsil ocaqları, mədəniyyət, idman mərkəzləri, yaşayış binalarının eyvanları, vağzal və hava limanında siqaret çəkilərsə 500 dən 1,5 min rubla (11,9 -35,8 AZN) qədər cərimə olunacaq.

2014-cü il iyundan isə bu siyahıya restoran, bar, yataqxana, otel, uzaq məsafəyə hərəkət edən qatar və elektrik qatarlarını gözləmək üçün perronlar da daxil olacaq.
Qeyd edək ki, bir çox Avropa ölkələrində, eləcə də Türkiyədə bu qanun artıq qüvvəyə minib və uğurla tətbiq olunur.
Azərbaycanda da ictimai nəqliyyatda siqaret çəkmək qadağandır və keçirilən monitorinq qanunun öz effektivliyini sübut edir. Bildirək ki, bu qanunun cəriməsi 50 AZN-dir.
Milli Məclisin payız sessiyasında ictimai yerlərdə, o cümlədən qapalı məkanlarda - kafe və restoranlarda siqaret çəkilməsini qadağan edən qanunun qəbulu gözlənilir.
2289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27