Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

“Quska” yenə hakimiyyəti hədələdi

"Onlar son 25 ildə hələ də Hüseyn Abdullayevi yaxşı tanımayıblar”

“Mənim ailəmə aid nə mülk varsa, söksünlər, ya da zəbt etsinlər. Onsuz da gec-tez haqq-ədalət öz yerini tapacaq”.

Bunu keçmiş millət vəkili Hüseyn Abdullayev noyabrın 18-də Bakıdakı mülklərindən birinin qəfil sökülməsi ilə bağlı yazıb. Facebook sosial şəbəkəsində olayla bağlı status paylaşan H.Abdullayev baş verənləri ailəsinə qarşı təzyiq kampaniyası kimi qiymətləndirib.

O, iddia edib ki, noyabr ayının 18-də açıqlama verərək adının İNTERPOL-un məlumat bazasından (Data bases) rəsmən çıxarıldığını bildirəndən dərhal sonra ona və ailə üzvlərinə qarşı yeni bir təzyiq, yeni bir çirkin böhtan kampaniyasına start verilib: “Buna sübut olaraq, qeyd edirəm ki, hakimiyyət nümayəndələri mənim valideynlərimin şəxsi mülkü olan bir binanı, tam qanunsuz tərzdə uçurmağa başladılar. Bunun əsas məqsədi məndən intiqam alaraq, başqalarına göz dağı verməkdir. Bütün bunları nəzərə alaraq mən Hüseyn Abdullayev onlara buradan bəyan edirəm ki, əllərindən nə gəlirsə etsinlər. Hətta getsinlər mənim ailəmə aid nə mülk varsa söksünlər, yaxud zəbt edib ələ keçirsinlər. Onsuz da gec-tez haqq-ədalət öz yerini tutacaq və illər boyu Azərbaycanda mülkiyyət hüququ pozulmuş insanlar öz əmlaklarının əsl sahibi olacaqlar. Bundan heç kimin şübhəsi olmasın! Amma bu cənablar bir şeyi qəti unutmasınlar ki, Hüseyn Abdullayevə hədə-qorxu gəlməklə və yaxud ona iyrənc siyasi repressiyalar tətbiq etməklə, onun iradəsini, onun prinsipiallığını sındırmaq olmaz. Əfsuslar olsun ki, onlar son 25 ildə hələ də Hüseyn Abdullayevi yaxşı tanımayıblar”.

Qeyd edək ki, Hüseyn Abdullayevə məxsus olan Yusif Səfərov küçəsində 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa, həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub. Keçmiş millət vəkilinə məxsus ofisin əsas kirayəçisi “Əmrahbank” olub.

Virtualaz.org xatırladır ki, bu bəyanatın müəllifi uzun illər ölkədəki kölgə iqtisadiyyatına nəzarət edib, qaçaqmalçılıqla məşğul olub, 2-3 min nəfərlik qeyri-rəsmi könüllü silahlı dəstəyə rəhbərlik edib, müstəqil sahibkarları, sözün həqiqi mənasında əzib. Sonra bütün bunlardan, eləcə də deputat mandatından məhrum edilib və müxalifətə keçib. Daha sonra isə Almaniyaya yollanıb. Və orada, necə deyərlər, "azad demokrat" olub. Dünən isə, xəbər verdiyimiz kimi, məlumat yayılıb ki, Hüseyn Abdullayev mühacir həyatı yaşadığı Almaniyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə razılıq verib.

Bu sensasion məlumat mötəbər mənbələr tərəfindən verilib. Mənbə deyib ki, Azərbaycanda daha çox “Quska” kimi tanınan sabiq deputat Almaniya ərazisində agentura fəaliyyətinə cəlb olunub.

Xəbərə görə, onun adı İnterpol xətti ilə axtarılan cinayətkarların siyahısından məhz “Quska” alman xüsusi xidmət orqanları tərəfindən ələ alınandan və onlarla işləməyə razılıq verəndən dərhal sonra çıxarılıb.

Məlumatı verən mənbə onu da yada salıb ki, “Quska” əvvəllər Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxsin tövsiyəsi və zəmanəti ilə Azərbaycan xüsusi xidmət orqanları ilə də əməkdaşlığa cəlb edilibmiş…/Virtualaz/
1060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi