Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

"Azad Suriya Ordusu"nun başçısı Türkiyəyə qaçdı

"Azad Suriya Ordusu"nun 14 min üzvünün Suriyanın Hələb şəhərindən çəkildiyi, liderləri Camal Mərufun isə Türkiyəyə qaçmasını Ankaradakı yüksək səviyyəli təhlükəsizlik mənbələri təsdiqləyib.

Bu barədə Türkiyənin "Radikal" qəzetində yazan Murat Yetkinə danışan və adının açıqlanmasını istəməyən mənbə, "Doğrudur, Camal hazırda Türkiyə hakimiyyətinin qonağıdır" - deyib, ancaq hansı şəhərdə olduğu məlumatını verməyib. 14 min "ASO" döyüşçüsünün Türkiyəyə keçib-keçmədiyi, keçibsə nə qədərinin keçdiyi məsələsində isə suallar cavabsız qalır. Sadəcə o məlumdur ki, Hələb ilə Türkiyə sərhədi arasında qalan sahədəki ASO bazaları dağıdılıb.

Hələbin şimal hissəsi Bəşər Əsədə sadiq qüvvələr tərəfindən, bir hissəsi də Əhraruş-Şam və daha kiçik qrupların nəzarətindədir./faktxəbər/
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15