Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Ali-Səud ölüm cəzası almış məhkumları Suriyaya göndərir

“Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin etdiyi kimi kimsə İsrailə xidmət etməyib.”

İnterAz-ın "əl-Aləm"-ə istinadla verdiyi xəbərə görə, bunu Suriyanın BMT-dəki səfiri Bəşər əl-Cəfəri deyib.

O, BMT-də insan hüquqları ilə bağlı keçirilən toplantıda çıxış edərəkən burada Suriya ilə bağlı çıxarılan qətnamə, rəsmi Dəməşqin “İslam Dövləti” terror təşkilatı ilə bir tutulmasına qəti etirazını bildirib.

Onun sözlərinə görə, BMT insan hüquqları ilə bağlı Səudiyyə Ərəbistanı və Qətər daxilində ciddi hüquq pozuntularını nəzərə almır və onları Suriya ilə bağlı irəli sürdüyü siyasi sifarişlərini dinləyir.

Suriya rəsmisi Səudiyyə Ərəbistanını ölkədə edama məhkum edilmiş şəxslərin Suriyaya döyüşə göndərilməsi barədə bir sıra sübutlar nümayiş etdirib.
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...