Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

ABŞ-da sərnişin təyyarədən okeana düşüb

Sonradan təyyarə Mayami aeroportunda uğurla yerə enib

Tək mühərrikli Piper PA-46 təyyarəsindən 600 metr hündürlükdən sərnişinin okeana düşməsi Florida ştatında baş verib.

İnterAz-ın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, insident təyyarə 600 metrdən hündürlüyə qalxarkən baş verib. Pilot yerdəki dispetçerlərə xəbər verib ki, təyyarədən okeana sərnişin düşüb.

Pilot Mayami ştatının yer xidmətlərinə üç dəfə "mayday" həyəcan siqnalı verib. Sonra bildirib ki, təyyarənin qapısı açıq imiş və qapıdan sərnişin düşüb. Təyyarə aeroportdan 9 km məsafəyə uzaqlaşmışdı.

Sonradan təyyarə Mayami aeroportunda uğurla yerə enib.

Xilasedicilər hal-hazırda Mayami ştatının cənub-şərqində təyyarədən düşmüş sərnişini axtarırlar. Axtarış əməliyyatında həmçinin kater və helikopterdən istifadə olunub. İnsidentin təhqiqatını polis aparır.
2206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı