Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

İŞİD-ə görə kütləvi həbslər

İraq və Şam İslam Dövləti (İŞİD) ilə aləqalərə görə Türkiyədə 2760 nəfər həbs edilib.

Bu barədə bu ölkənin ədliyyə naziri Bəkir Bozdağ Kanal7 telekanalının efirində bildirib.

Onun sözlərinə görə, bunlardan 16-sı Türkiyə vətəndaşı, yerdə qalan 700-ü isə Suriya vətəndaşıdır.

Amma Bəkir Bozdağ digər qalan 2044 adamın hansı ölkənin vətəndaşı olduğunu açıqlamayıb.

İraq Şam İslam Dövləti (İŞİD) İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşmadır. O, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmiş tanınmamış dövlət sayılır.

İraq müharibəsinin başlamasından qısa bir müddət sonra «Camaat əl-Tövhid vəl-Cihad» adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək «Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn» (daha çox «İraq Əl-Qaidəsi» adı ilə tanınır) adını götürdü.

2006-cı ilin yanvar ayında «Ceyş ət-Taifa Əl-Mənsur», «Ceyş Əhli-Sünnə vəl-Camaa», «Ceyş əl-fatihin», «Cund əs-Səhabə» kimi kiçik qruplarla birləşən qruplaşma «Mücahidun Şura Konseyi» adını aldı.

İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan «İraq İslam Dövləti» adlı dövlət elan etdi. Bu tarixdən etibarən «Mücahidun Şura Konseyi» adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar «İraq İslam Dövləti» adıyla keçirilməyə başladı.

2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi./ans/
1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...