Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Dilqəm yenə sınmadı

Doğmalarının qəbrini ziyarət edərkən ermənilər tərəfindən girov götürələn Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə prosesi" davam etdirilib.

Dilqəm Əsgərov "prosesdə" ermənilərin kəlbəcərlilərin öldürdüklərini iddia etdikləri yeniyetmə Smbat Tsakaryan haqda danışıb. O, bildirib ki, yolda onların qarşısına azərbaycan və rus dillərində danışan bilməyən erməni oğlan çıxıb. Dilqəm Əsgərov yeniyetmənin onları könüllü şəkildə müşayiət etdiyini deyib.

Dilqəm Əsgərov ermənilər tərəfindən tutulmasaydı yenə doğma torpaqlara gələcəyini qeyd edib. O, doğmalarının məzarını zitarət etdiyini vurğulayıb.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir./ans/
1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP