Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Bakıda zavodda partlayış: ölən var

Bakının Yasamal rayonunda ölüm faktı qeydə alınıb.

Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun verdiyi məlumata görə, hadisə Azon zavodunda baş verib.

Belə ki, dünən saat 13 radələrində həmin zavodda çilingər işləyən 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov soyuducu kompressorun partlaması nəticəsində xəsarət alıb. Sinəsindən aldığı xəsarətdən Ə.Bağırov iş yerindəcə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./ans/
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber