Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

Şəkər xəstələrinin yaddaşını gücləndirən əvəzedilməz qida

Həkimlər orta yaşlı şəkər xəstələrinin yaddaşsızlıq problemi ilə üzləşmələrinin və düşünmə qabiliyyətində azalma riskinin çox olduğunu bildirirlər.

Ancaq tayvanlı alimlərin apardıqları tədqiqatlar səhər yeməyi zamanı 1 qram sarıkök qəbul etməyin şəkər xəstələrinin yaddaş problemləri yaşamasının qarşısını aldığını göstərib.

Araşdırmada 60 nəfər şəkər xəstəsi iştirak edib. Araşdırmanın nəticələri "Asia Pacific Journal of Clinical Nutrition" jurnalında yayımlanıb.

Alimlər şəkər xəstələrinin hər səhər 1 qram sarıkökü müxtəlif qidaların tərkibinə əlavə edərək yeməyi məsləhət görürlər. Şəkər xəstəliyindən əziyyət çəkməyənlər də yaddaşlarını gücləndirmək üçün bu ədviyyatdan istifadə edə bilərlər.
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20