Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2014

21 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimal olunur.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-10, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 21-də hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, noyabrın 23-24-də küləyin güclənməsi və temperaturun kəskin aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Xəbərdarlıq
Üçüncü ongünlüyün birinci yarısında ölkə ərazisində qeyri-sabit, dəyişkən hava şəraiti gözlənilir.
Noyabrın 21-i hava şəraitinin axşam respublikanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Noyabrın 23-dən 25-dək şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir.
981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP