Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2014

“İŞİD-in 16 silahlısı Türkiyədə həbsdədir”

İŞİD terror qruplaşmasının 16 silahlısı hazırda Türkiyə də həbsdədir. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ötən gün parlamentdə çıxışı zamanı ölkənin ədliyyə naziri Bəkir Bozdaq bildirib.

“Noyabrın 19-dək olan məlumata əsasən, İŞİD qruplaşmasının fəaliyyətinə cəlb olunmuş fiziki şəxslərdən 16 nəfəri hazırda həbsxanadadır”, deyə Bozdaq bildirib.

O əlavə edib ki, həbs edilənlərin arasında martda Niqde əyalətində 3 polis əməkdaşının qətli daxil olmaqla, Türkiyədə törədilən iri terror aktlarının iştirakçıları da var. Onlar Ankarada yüksək təhlükəsizlik səviyyəsinə malik həbsxanaların birində saxlanılır. İstintaq davam etdirilir./apa/
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:24