Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Şimali Koreya iddiaları təkzib edib

Şimali Koreya Suriya hakimiyyətinə hərbi yardımla bağlı iddiaları təkzib edib
Suriyada isə qarşıdurmalar son sutkada davam edir

Rəsmi Pxenyan Suriya hakimiyyətinə hərbi helikopterlərin verilməsini inkar edib.

İnterAz-ın “Reuters”-ə istinadla verdiyi xəbərə görə, Şimali Koreya Suriya hakimiyyətinə hərbi yardımların, xüsüsilə də hərbi müşavirlərin göndərilməsi, hərbi helikopterlərin verilməsini ilə bağlı iddiaları təkzib edib və Rəsmi Pxenyan Suriyaya silah göndərmədiyini bəyan edib.

Bundan öncə bir sıra kütləvi informasiya vasitələri Şimali Koreyanın Suriyaya silah göndərdiyi barədə məlumat vermişdi.

Bu arada Suriyada qarşıdurmalar son sutkada da davam edib. Qarşıdurmaların ən şiddətlisi Hələb beynəlxalq hava limanı ətrafında baş verdiyi bildirilib.

Hələbin cənub-şərqində gedən qarşıdurmalarda müxalifət silahlılarının Tövhid briqadasının komandanı Əbu-Təyyib ləqəbli Yusif Əbbasi öldürülüb. Qarşıdurmada briqadanın digər rəhbərlərindən biri Əbdül-Qadir Salehsə ağır yaralanıb.

Sözügedən qruplaşma Qətər hakimiyyəti tərəfindən maliyyələşir.
2001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:21