Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2014

ABŞ-da 10 nəfər soyuqdan öldü

Amerika Birləşmiş Ştatlarının şərq hissəsində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Ötən gün Nyu York ştatında donvurma və infarktdan azı 10 nəfər ölüb. Ölüm halları, əsasən, Bufalo şəhərində qeydə alınınb. 3 gündür ki, şəhərə yağan qar fasiləsiz olaraq davam edir. Şəhərdə qarın səviyyəsi 2 metrə çatıb. Nyu York ştatının meri Endryu Kuomo qarlı havaların hələ bir neçə gün davam edəcəyinə dair xəbərdarlıq edib.

“Şəhərə xilasedici dəstələr cəlb olunub, əlavə qrup isə yoldadır. Yolların təmizlənməsi istiqamətində kifayət qədər işlər görmüşük. Minlərlə insan şəhərə kömək üçün tələsir. Hələlik əsas magistralların təmizlənməsi işləri isə, dayandırılıb. Yağıntının davam edəcəyi proqnozları ilə əlaqədar belə bir qərar vermişik”

Xilasedicilər gün ərzində qarın əsarətində qalan insanları xilas etmək üçün fasiləsiz fəaliyyət göstəriblər. Rəsmilər azı 300-ə yaxın avtomobilin yollarda qaldığını məruzə ediblər.

Amerikanın milli hava xidməti havaların həftəsonu isinəcəyini, temparturun 15 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırıblar. Meteoroloqların məlumatına görə, Bufalo şəhərinə son 3 gündə yağan qar bir illik norma həcmində olub.
1009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP