Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Almaniya qanunsuz dinləmələrə qarşı hərəkətə keçdi

Rəsmi Berlin qanunsuz telefon danışıqlarını dinləyənlərə qarşı daxili internet sistemi üçün vacib bir addım atıb. Alman texnologiya nəhəngləri “internetz” layihəsi ilə şəxsi məlumatları ölkə xaricinə çıxmasına mane olacaq.

Daha öncə xəbər verdiyimiz kimi, ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Almaniyanın baş naziri Angela Merkelin telefon danışığını dinlədiyi və milyonlarla bilgini oğurladığını ortaya çıxarıb. Bundan sonra alman texnologiya nəhəngləri yerli bir internet şəbəkəsi qurmağa qərar verib. Alman rəsmilər “Alman Texnologiyası” ilə birlikdə layihəyə artıq başladıqlarını açıqlayıb. Layihə rəhbərliyi isə öz növbəsində bu məlumatı təsdiqləyib. Daha əvvəl e-poçt sisteminin yerli olması və yazışmaların Almaniya sərhədləri daxilində qalması yönündə görülən işlərin miqyası genişlənəcək.

Təhlükəli addım

Texnologiya mütəxəssisləri isə bu sistemin daha böyük dinləmə skandallarına səbəb ola biləcəyini açıqlayıblar. “Zeit” qəzetinin texnologiya redaktoru Kai Biermanın fikirlərinə görə, bu həm “Alman Texnologiyası”nın inhisarını gücləndirəcək, həm də istənilən məlumatlara asanlıqla nail olmaq imkanını təmin edəcək.
2115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber