Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2014

Ukraynada ölənlərin sayı açıqlandı

BMT-nin cümə axşamı yaydığı hesabata görə, Ukraynanın şərqində işgəncə, adam oğurluğu, insan haqlarının pozulması halları davam edir.

Açıqlamada deyilir ki, şərqi Ukraynada münaqişə başlayandan 4,300 nəfər ölüb və bunlardan 1000 nəfəri sentyabrın 5-də atəşkəs elan ediləndən sonra həlak olub.

Hesabatda oğurlanma, qanunsuz həbs və işgəncələrə mülki şəxslərin məruz qaldığı qeyd olur.

Sentyabrın 5-də atəşkəsin elan olunmasına baxmayaraq həmin tarixdən sonra məcburi köçkünlərin sayının əhəmiyyətli dərəcədə artdığı bildirilir. BMT İnsan Hüquqları üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, bu ilin aprel ayının ortalarından noyabrın 18-dək Ukraynanın şərq regionlarında azı 4317 nəfər həlak olub və 9921 nəfər yaralanıb.

35 əməkdaşdan ibarət BMT-nin İnsan Haqqları üzrə missiyası Ukrayna böhranına dair sayca yeddinci olan bu hesabatı sentyabrın 17-dən oktyabrın 31-dək müddəti əhatə edir.

Hesabatda Ukraynanın şərqində qanunsuz məxvi həbsxanaların fəaliyyət göstərdiyi, həmin həbsxanalarada saxlanılanlara işgəncə verildiyi, minlərlə adamın itkin düşdüyü qeyd olunur.

Münaqişə zonasına daxil olan rayonlarda minlərlə QİÇS və vərəm xəstələrinə tibbi yardımın göstərilmədiyi sənəddə xüsusilə qeyd olunub.

İnsan Haqları üzrə BMT Ali Komissarı Zeid Raad Hüseynin sözlərinə görə, "atəşkəs rejimi vaxtaşırı pozulur, tərəflərin atəş açması və silahlı toqquşmaların baş verməsi nəticəsində atəşkəs elan olunduqdan sonra ilk 8 həftə ərzində gündə orta hesabla 13 - ümumilikdə 975 adam həlak olub.
987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41