Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Rəşad Ramazanovun ailəsi xaricdən sığınacaq istəyir

Məhbus dini bloqçu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova xarici ölkə səfirliklərinə müraciət edəcək. “Media forum”a danışan Könül İsmayılova bildirib ki, müraciəti yaxın günlərdə ABŞ, Norveç, İsveçin elçiliklərinə və başqa səfirliklərə göndərəcək: “Müraciətimdə göstərmişəm ki, Rəşad Milli Elmlər Akademiyasının doktorantı, elm adamı olduğu halda onu narkotik ittihamı ilə şərləyib həbs ediblər. Rəşadı həbs etməklə onun ailəsini də iqtisadi cəhətdən acınacaqlı vəziyyətə salıblar. Bildirmişəm ki, mən övladımı təhsil sistemi bərbad olan bu ölkənin məktəbinə buraxmaq istəmirəm. Bu ölkədə özümüzü təhlükəsizlikdə hiss etmədiyimizi qeyd etməklə bizə başqa bir ölkədə sığınacaq verilməsini xahiş etmişəm”.

Rəşad Ramazanov mayın 9-da şərlənərək həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilib. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsilib.

1982-ci ildə Masallı rayonunda anadan olan Rəşad Ramazanov BDU-nun coğrafiya fakültəsini bitirib. Qarabağ Azadlıq Təşkilatının üzvüdür. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.

Rəşad Ramazanovun 6 aylıq oğlu, 5 yaşında qızı var.
2047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi