Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2014

Putinə səkkizinci dan kəmər verildi

Kekusin-kan karate-do Beynəlxalq təşkilatının beynəlxalq komitəsi Rusiya prezidenti Vladimir Putinə səkkizinci dan Kekusin-kan kəməri verib.

Bu barədə beynəlxalq təşkilatın prezident Xaçuo Royamanın adından V.Putinə məktub göndərib.

Xaçuo Royaman “Karate-Do” idman növü üzrə Yaponiya çempionudur. O, dəfələrlə Moskvada olub. Royama 2001-ci ildə Putinə beşinci, 2009-cu ildə isə yeddinci Kekusin-kan kəməri verib.

Karate üzrə yapon ustalarının Rusiya prezidentinə belə diqqət göstərməsi təsadüfi deyil. Putinin özü şərq təkbətək döyüş növləri ilə maraqlanır və onların Rusiyada populyarlaşmasına çalışır. Putin 11 yaşından sambo və cüdo ilə məşğuldur. Putin cüdo və sambo üzrə idman ustasıdır.
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07