Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

İŞİD-dən xilas olan qız məhkəmə qarşısında

İŞİD terrorçu qruplaşmanın döyüşçüsü Ömər Yılmaz ilə evlənmək üçün Suriyaya gedən, daha sonra anası tərəfindən geri qaytarılan hollandiyalı Aişənin məsələsinə Maastrixt məhkəməsində baxılacaq.

Məhkəmə 19 yaşlı Aişəni dövlət təhlükəsizliyinə risk yaratmaqda şübhəli sayır.

Bu yaxınlarda müsəlmanlığı qəbul etmiş Aişəni Suriyadan Maastrixt şəhərindəki doğma evinə anası Monika çərşənbə günü gətirib.

Cümə günü bağlı qapılar arxasında keçəcək məhkəmə iclasında Aişənin saxlanma müddəti müəyyən edilməlidir.

Gözlənildiyinə görə, prokurorluq hakimdən Aişənin saxlanma müddətinin isitintaq bitənədək uzadılmasını xahiş edəcək.

Məhkəmə dinləmələrinin 3 aydan sonra başlayacağı güman edilir.

Bu arada Aişəyə mətbuat və anası istisna olunmaqla, ailə üzvlərilə danışmaq qadağan olunub.

Hollandiya mətbuatının yazdığına görə, ölkəni fevral ayında tərk edən Aişənin məqsədi vaxtı ilə Hollandiya ordusunda qulluq etmiş türk əsilli döyüşçü Ömər Yılmaza ərə getmək olubmuş.

Ömər Yılmaz özünü ştatdan kənar xeyriyyə işçisi, məşqçi və döyüşçü kimi təqdim edir, onun hansı qrupun tərkibində vuruşduğu dəqiqliklə məlum deyil.

O, çərşənbə günü BBC-ə verdiyi müsahibədə Aişə ilə, qızın nişanlısı olmuş digər bir döyüşçünün həlak olmasından sonra evləndiyini bildirib.

"Lakin alınmadı, biz ayrıldıq. O, öz yolu ilə getdi, mən - öz yolumla"- deyə terrorçu bildirib.

Hollandiya höküməti Aiəşinin anasını Türkiyə-Suriya sərhədinə yollanmaqdan çəkindirməyə çalışsa da, Monika həmin əraziyə gedərək qızını geri gətirə bilib.
Aişənin anasının Suriyaya daxil olub-olmadığı və qızı ilə Türkiyə ərazisində görüşdüyünə dair müxtəlif xəbərlər mövcuddur.
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP