Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Polis silahsız gənci güllə ilə vurub öldürdü

Nyu-Yorkda polis zabiti silahsız amerikalını vurub.

Bu haqda The New York Times yazıb.

Hadisə Bruklində baş verib. Belə ki, yaşayış binasının ehtiyat çıxış nərdivanın olduğu yerdə işıqlandırma sistemi işləməyib.

Bu zaman polislər nərdivanda səs eşidib və polislər atəş açıblar. Öz rəfiqəsinin mənzilinə qalxan 28 yaşlı oğlan açılan atəşin qurbanı olub. 28 yaşlı gənc hadisə yerində ölüb.

Qeyd edilir ki, Nyu-York polisinin komissarı Uilyam Bratton olayı "bədbəxt hadisə" adlandırıb.
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.1