Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Hacı Abgül Süleymanovun vəsatəti təmin edilməyib

Ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib

Bu barədə Hacı Abgül Süleymanovun vəkili Cavad Cavadov İslamazeri.az-a məlumat verib.

Vəkil bildirib ki, dünən Hacı Abgül Süleymanovun Azərbaycan Respublikası Ali Məhkəməsində apellyasiya məhkəməsinin yekun qərarından (yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərarından) kassasiya şikayətinə baxılmışdır. Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasına dair qərar qəbul etmişdir. Bu qərar gözlənilən idi. İndi Avropa Məhkəməsinə müraciət edəcəyik. Həmçinin Abgül Süleymanovun həbsxayana keçirilməsinə dair qərardan Avropa Məhkəməsinə artıq şikayət göndərilib.
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21