Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Avtomobil qatarla toqquşub: Ölən var

Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində dəmir yolunda ölümlə nəticələnən qəza baş verib.

Kəpəz TV xəbər verir ki, 25 yaşlı Sənan Bayramov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən dəmir yoluna aid qorunmayan keçiddə elektrovozu gözləməyərək yolu keçmək istəyib. Lakin qatar avtomobillə toqquşaraq onu bir neçə metr sürükləyib.

Sürücü hadisə yerindəcə dünyasını dəyişib.
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber