Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

22 ildə YAP Azərbaycana nə verdi?

Nurəddin Məmmədli: «YAP hakimiyyəti dövründə korrupsiya və rüşvətxorluq dövlət siyasətinə çevrildi»

Vidadi Mirkamal: «Bu illərdə YAP-ın xalqa verdiyini deyil, aldığını görmüşük»


Yeni Azərbaycan Partiyası yaranmasının 22-ci ildönümünü qeyd edir. Müxtəlif rayon təşkilatlarında tədbirlər reallaşdıran hakim partiya yetkililəri ötən müddətdə gördükləri işlərdən, partiyanın keçdiyi yoldan danışırlar. Rəsmi dövlət qəzetlərinin səhifələrini və saytlarını bəzəyən pafoslu çıxışlarda partiyanın xalq və millətlə birgə olduğu vurğulanır. Bəs reallıqda vəziyyət necədir? YAP mövcud olduğu ötən 22 ildə Azərbaycana nə verib?

Professor Nurəddin Məmmədli deyir ki, YAP hakimiyyəti dövründə Azərbaycan ildən ilə gerilədi, indi ölkə bütün sahələrdə böhran vəziyyəti yaşayır. Ölkədə korrupsiya, rüşvətxorluğun dövlət siyasətinə çevrildiyini deyən Nurəddin Məmmədli YAP hökuməti tərəfindən insan hüquq-azadlıqların pozulması faktlarının artıq beynəlxalq birliyi də təngə gətirdiyini söyləyir: “Ölkənin strateji əhəmiyyət daşıyan elm, təhsil sferaları tamamilə məhv olub. Bu ərəfədə YAP-ın idarəçiliyi altında ölkədə hər hansı bir mütərəqqi inkişafın, tərəqqinin olduğunu demək mümkün deyil. Hakimiyyətin heç bir qolu legitim deyil. Hüquq-mühafizə sistemi kiçik bir qrupun mənafeyinə xidmət edən bir struktura çevrilib. Məhkəmə orqanlarının yetərli olmaması xüsusilə çox böyük fəsadlar törədir. Hesab edirəm ki, yaxşı nədənsə söz açmaq qeyri-mümkündür”.

Tanınmış vəkil Vidadi Mirkamal da YAP-ın müsbət fəaliyyəti, partiyanın ölkəyə verdiyi töhfə barədə nəyisə xatırlamaqda çətinlik çəkir: “Yeni Azərbaycan Partiyasının xalqa dəyərli bir töhfə verdiyini deyə bilmərəm, amma aldığı daha çoxdur”./azadlıq/
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı