Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib. Bu barədə "Turan"a onun vəkili Elçin Qəmbərov bildirib.

Vəkilin sözlərinə görə, Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq arıqlayıb.

"Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur", Elçin Qəmbərov bildirib.

Xatırladaq ki, Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra o, müvafiq şəkildə müalicə olunmur. Kamerada mənəvi və fiziki təzyiq fonunda həbsdə onun səhhəti getdikcə pisləşir. Beynəlxalq və yerli ictimaiyyətin hüquq müdafiəçisinə lazımi köməkliyin göstərilməsi haqqında hakimiyyətə çoxsaylı müraciətlərinə məhəl qoyulmur.
806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP