Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

UEFA futbol qaydalarını dəyişir

Futbolu daha da izlənilən və həyəcanlı hala gətirmək istəyən UEFA maraqlı dəyişiklikləri gündəminə gətirib.

Yeni dəyişikliklərlə ehtiyatdakı heyət genişlənəcək və hətta futbolçulara 10 dəqiqəlik mini cəzalar veriləcək. Bu yeni qaydaların araşdırılmasından isə "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqüson məsul olacaq. Ferqüson UEFA "Elita Managers" forumunda hakimlərlə birlikdə işlər görəcək.

İddialara görə, UEFA-ın bəzi dəyişiklikləri 2016 Avropa Çempionatında tətbiq olunmağa başlanılacaq. Gündəmdəki ən böyük dəyişikliyə görə, tək matçlıq oyunlarda penalti atışları 120 dəqiqənin sonunda deyil, 90 dəqiqənin ardından və ya oyundan öncə olacaq. Penaltiyi qazanacaq komanda 120 dəqiqə sonra bərabərlik pozulmazsa növbəti mərhələyə keçəcək. Beləliklə də oyun zamanı hesabı qorumaq istəyən komandaların müdafiəyə meyilli oynamaq cəhdlərinin qarşısı alınacaq.

Ehtiyat heyətdəki futbolçuların sayı isə 11-ə çatdırılacaq. Bir digər təklif isə buz hokeyinde istifadə olunan cəzaların tətbiqidir. Yəni futbolçu qayda pozuntusu edərsə o zaman hakim onu 10 dəqiqəlik oyundan çıxardacaq. Cəriməsi bitdikdən sonra isə oyuna geri qayıda biləcək.
957 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı