Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Türkiyədə gənclər Co Baydenin səfərinə etiraz etdi

ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfərinə etiraz olaraq İstanbulda aksiya keçirilib. Türkiyə Gənclər Birliyinin 300-dək üzvü İstanbulda Taksim meydanından Qalatasarayadək yürüş təşkil edib. Əllərində Türkiyənin dövlət bayraqları və plakatlar olan aksiya iştirakçıları ABŞ əleyhinə şüarlar səsləndiriblər. Polis aksiyaya müdaxilə etməyib. Yürüşün yekununda keçirilmiş mitinq zamanı Türkiyə Gənclər Birliyinin rəhbəri Çağdaş Cengiz aksiyanın bəyanatı səsləndirib.

“Biz ABŞ-ın dövlətimizin və bütün bölgənin işlərinə müdaxilə etməsinə qarşı çıxış edirik. Bu gün biz Amerika imperialistlərinə və bütün dünyaya mesaj vermək üçün toplaşmışıq.

Xatırladaq ki, ötən həftə İstanbulun Eminönü rayonunda Türkiyə Gənclik Birliyi üzvləri “Go Home”, "Məhv olsun Amerika imperializmi" şüarları ilə Qara dənizdə təlimdən qayıdan ABŞ hərbi gəmisinin əsgərlərinə qırmızı boya ataraq, başına çuval keçirmişdilər. Aksiya təşkilatçılarının sözlərinə görə, bu, amerikalıların 2003-cü ildə İraqın Süleymaniyə şəhərində Türkiyə əsgərlərinə qarşı etdikləri analoji hərəkətlərinə cavab olub. İnsident zamanı ABŞ əsgərləri Türkiyə hərbçilərini saxlayaraq başlarına çuval keçirmişdilər.

Qeyd edək ki, Co Bayden Türkiyəyə üç günlük səfər edib. Səfər zamanı tərəflər bölgədəki vəziyyəti və “İŞİD” terror qruplaşması ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edir.



1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41
Daha 3 bank dollar satı