Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

İŞİD-ə növbəti ağır zərbə

İraqın Ənbar vilayətində İŞİD-ə ağır zərbə vurulub.

Əl-Cəzirə və Əl-Badiyə əməliyyatlarına cavabdeh olan İraq ordusu generalı Ziya Kazım açıqlamasında Ənbar vilayətinə bağlı Hit rayonunda İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyatda terrorçulardan 30 nəfərin öldürüldüyünü, 20-dən çoxunun isə yaralandığını bildirib.

Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda Hit rayonu məclis sədrinin də evi daxil olmaqla, bir sıra evlər yararsız hala gətirilib.

Bundan başqa, əməliyyatlarda 2 uşaq da daxil olmaqla, 5 nəfər mülki şəxs dünyasını dəyişib, 10-u yaralanıb.

Əməliyyatlar zamanı terrorçu qruplaşmanın döyüş texnikaları, zirehli maşınları İraq ordusu tərəfindən ələ keçirilib.
1150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP