Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Qırmızı Xaç Komitəsi Murad Ədilovun vəziyyəti ilə maraqlanıb

Prokurorluq bu şikayətlə bağlı qərar qəbul eləsə də, onun surəti nə məhbusa, nə də vəkilinə göndərilməyib

Kürdəxanı təcridxanasında saxlanan AXCP fəalı Murad Ədilov ötən gün vəkili Yalçın İmanovla görüşüb. Vəkilin Meydan TV-yə bildirdiyinə görə, Murad Ədilovun vəziyyəti normaldır. Saxlanma şəraiti ilə bağlı xüsusi bir şikayəti yoxdur: “Keçən həftə Murada ailəsi üçün görüşməyə imkan verilməyib, bu bardədə söhbət aparılıb, ümir edirik ki, gələn dəfədən belə anlaşılmazlıq olmayacaq”.

Murad Ədilov abunə olmasına baxmayaraq “Azadlıq” qəzetinin bəzi saylarının ona gəlib çatmaması səbəbi ilə maraqlanmağı da vəkildən xahiş edib. O, eyni zamanda “Azadlıq” qəzetinə və onun kimi günahsız insanların həbsini diqqətdə saxlayan media təşkilatlarına təşəkkürünü yetirib.

Vəkil İmanov deyib ki, ötən müddətdə Qırmızı Xaç Komitəsi də təcridxanada Muradın vəziyyəti ilə maraqlanıb, onunla görüşüblər. Murad Ədilov saxlanılarkən işgəncəyə məruz qalmasıyla bağlı Baş Prokurorluğa müraciət eləmişdi. Prokurorluq bu şikayətlə bağlı qərar qəbul eləsə də, onun surəti nə məhbusa, nə də vəkilinə göndərilməyib.

Yalçın İmanov bildirib ki, yaxın gündə həmin qərarın surətini əldə etməsələr, bu məsələ ilə bağlı məhkəməyə müraciət olunacaq.
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11