Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Rusiyada 17 azərbaycanlı həbs edildi

Rusiyanın Rostov vilayətinin Aksay şəhər Miqrasiya Xidməti və polis əməkdaşlarının yerli bazarda apardığı reyd zamanı ölkə qanunvericiliyinin tələblərini pozmuş 17 azərbaycanlı saxlanılıb.

Bu barədə Federal Miqrasiya Xidmətinin vilayət üzrə İdarəsinin məlumatında bildirilir.

Azərbaycan vətəndaşları Rusiya ərazisində qanunsuz yaşayıblar. "İşəgötürən barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.15-ci maddəsi üzrə inzibati hüquq pozuntusuna dair iş açılıb, araşdırma aparılır. Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 18.8 və 18.10-cu maddələri üzrə məsuliyyətə cəlb olunacaqlar", - deyə məlumatda bildirilir.

Bu maddələr çərçivəsində işəgötürən barədə bir milyon rubla qədər cərimə, əcnəbi vətəndaşlar üçün isə az həcmdə cərimə və ölkədən çıxarılma şəklində cəza növü nəzərdə tutulub.
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR