Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Ayaq tərləməsinin qarşısını necə alaq?

Tərləmənin səbəbləri fizioloji və psixoloji ola bilər. Psixoloji tərləmə zamanı insan utanarkən və ya qorxarkən, həyəcanlanarkən orqanizmdə hərarət artar. Bu zaman bu hərarəti aşağı salmaq üçün tərləmə bədənin verdiyi reaksiyadır. Eyni zamanda, bədəndəki toksinlər tərləmə nəticəsində ifraz olurlar. Əslində tərləmək insan sağlamlığı üçün önəmli və faydalı bir mexanizmdir.

Lakin bədəndəki bəzi bölgələrin tərləməsi insanlara daima fiziki və psixoloji cəhətdən narahatçılıq verir. Onlardan ən önəmlisi isə xoşagəlməz qoxuya səbəb olan ayaq tərləməsidir. Ayaqların həddindən artıq tərləməsinə tər vəzilərinin normadan artıq işləməsi, xoşagəlməz qoxuya səbəb isə ayaqqabının içində qalan, ayaqlarda yaranan bakteriyalardır. Hətta bəzən ayaqlar o qədər tərləyir ki, bədəndəki duz ayaqqabının üzərinə çıxaraq onu ağardır. Mütəxəssislər qış aylarında bu problemlə üzləşməmək üçün bəzi məsləhətlər verirlər:

1.Ayaqları hər gün yumaq
2.Hər gün eyni ayaqqabını geyinməmək
3.Sintetik və yun corablardan istifadə etməmək
4.Ayaq üçün krem və spreylərdən istifadə etmək
5.Ayağı rəngli qara çayla yumaq
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib