Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Allahın salamı olsun üzərinizə. Ölüm ər-arvadlığın qırılmasına, onların arasındakı nikahın pozulmasına səbəb olurmu? Əgər ər-arvadlığın və nikahın pozulmasına səbəb olursa, onda belə nəticəyə gəlmək olar ki, onlardan biri öldükdən sonra o birisi ona qüsl verə bilməz. Halbuki, risalələrdə ər-arvadı bir-birinə qüsl verməsi icazəli sayılıb. Bu barədə bizə açıqlama vermənizi xahiş edirik. Ola bilsin ki, arada nələr varsa, biz onu bilməməyimiz üzündən belə nəticə çıxarmışıq. Öncədən təşəkkür edirik.
Ad: Ölkə: Müctəhid:

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Şiə fəqihlərinin məşhur nəzərinə əsasən, ər-arvaddan birinin vəfatı ilə onların arasındakı zövclük (ər-arvadlıq) aradan qalxır. Buna görə də kişi arvadının ölümündən sonra onun bacısı ilə izdivac edə bilər, yaxud əgər onunla dörd arvadı var idisə, onun ölümündən sonra digər bir arvad ala bilər. Halbuki, bunlar onun vəfatından qabaq kişi üçün haram idi. Həmçinin, arvadın vəfat etməsindən sonra kişinin ondan təməttö (cinsi bəhrələnmək) haqqı yoxdur.
Bunlar hamısı onların arasında ər-arvadlığın aradan qalxmasını göstərir. Amma ər-arvaddan birinin vəfatından sonra ona baxmaq, toxunmaq, qüsl vermək kimi ər-arvadlığa aid bəzi hökmlərin qalması onların arasında ər-arvadlığın qalması mənasına deyil. (Seyid Musəvi Şübeyri Zəncani, "Nikah kitabı", c. 17, səh. 5643). Yuxarıda qeyd edilən bəzi hökmlərin qalması bu mövzuda olan rəvayətlərə söykənir. O cümlədən imam Sadiqdən (ə) nəql edilən bu rəvayət:

«سَأَلَهُ مَنْصُورُ بْنُ حَازِمٍ- عَنِ الرَّجُلِ یُسَافِرُ مَعَ امْرَأَتِهِ فَتَمُوتُ أَ یُغَسِّلُهَا قَالَ نَعَمْ وَ أُمَّهُ وَ أُخْتَهُ وَ نَحْوَهُمَا یُلْقِی عَلَى عَوْرَتِهَا خِرْقَةً وَ یُغَسِّلُهَا»؛‌

İmam Cəfər Sadiqdən (ə) sual olunur: Bir kişi öz arvadı ilə səfərə çıxır. Arvad yolda ölür. Kişi o qadına qüsl verə bilərmi?
Həzrət buyurdu: "Bəli. Kişi anası, bacısı və onlar kimi məhrəmlərinə qüsl verə bilər. Lakin onların övrətlərinin üstünü parça ilə örtsün, sonra qüsl versin". (Qumi, Səduq, Məhəmməd ibn Əli ibn Babəveyh; "Mən la yəhzəruhu əl-fəqih", c. 1, səh. 155, hədis 430).
Bu hədisin zahiri dəlalət edir ki, kişi arvadının və digər məhrəmlərinin vəfatından sonra libas olmadan onlara qüsl verə bilər, lakin övrətini örtməllidir.
Qeyd edək ki, fəqihlərin çoxunun fətvası belədir ki, ana-bacı kimi məhrəmlərə libas üzərindən qüsl versin, lakin arvadının təkcə övrətini örtsə kifayətdir. (Məclisi, Məhəmməd Təqi, "Ləvame sahibqərani", c. 2, səh. 283)
1103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...