Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Azərbaycanda qonşular arasında qanlı dava: ölən var

Şirvan sakini qonşunu qətlə yetirib.

Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, Şirvan şəhəri Neftçilər küçəsi, 36 ünvanında yaşayan, 1967-ci il təvəllüdlü Əsədi İlham Hüseynağa oğlu, ötən gün saat 20:35 radələrində qonşusu, Neftçilər küçəsi 5 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Əliyev Rasim Müzəffər oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə ürək nahiyəsindən bıçaq yarası diaqnozu ilə daxil olan İ. Əsədi əməliyyat olunsa da, çoxlu qan itirdiyindən onu xilas etmək mümkün olmayıb. Qətlin hansı səbəblərdən baş verdiyini istintaq araşdırır.

R. Əliyev polis tərəfindən saxlanılıb./apa/
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24