Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Futbol meydanında şok şüar: "Kim birinci türk qanı töksə..."

Serbiyanın futbol çempionatında baş tutan "Voyvodina" - "Rad Belqrad" matçında serb futbol azarkeşləri türklərə qarşı plakat qaldırıblar. Lent.az-ın eurosport-a istinadən verdiyi məlumata görə, azarkeşlər serb dilində yazılmış "Kim tez tərpənəcək? ilk türk qanını kim tökəcək"? plakatı qaldırıblar.


Olaylı plakatın qaldırılması bir neçə gün əvvəl İstanbulda "Qalatasaray" ilə Serbiyanın "Srvena Zvezda" basketbol klubu arasındakı oyundan əvvəl baş vermiş hadisə ilə bağlıdır. Belə ki, həmin qarşılaşmadan əvvəl serb azarkeşlərlə türkiyəlilər arasında dava olub. Bıçaqlanan serb azarkeş 5 saat əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu olaydan sonra Serbiyada müsəlman və xristian futbol azarkeşləri arasındakı münasibətlər daha da kəskinləşib. Hətta futbol federasiyasının qərarı ilə ölkədə müsəlmanların dəstəklədiyi tək futbol klubu olan "Novi Pazar"ın oyunu da təxirə salınıb.
1045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12